Azərbaycanda bazar günü 1041 adam koronavirusa yoluxub

Foto: Meydan TV

“22 xəstə vəfat edib”

Fevralın 17-də Azərbaycanda 1041 adam COVID-19 infeksiyasına yoluxub, 2693 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 22 xəstənin vəfat etdiyi bildirilib.

Operatv Qərargah Azərbaycanda indiyə qədər 785 min 301 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 764 min 283 nəfər müalicə olunaraq sağalıb, 9400 pasiyent ölüb. Aktiv xəstə sayı 11 min 618 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7849, bu günə qədər isə 6 milyon 551 min 104 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 1041 adam koronavirusa yoluxub