Sənətçinin vəziyyətinin ağır olduğu deyilir
Müğənni Səyyad Əlizadə COVİD-19 infeksiyasına yoluxub.
Bu barədə “Report”a məlumatı müğənninin qohumu Razim Qarayev
verib
.
Bildirib ki, on gündür xəstə yatan müğənninin vəziyyəti ötən gün ağırlaşıb:
“Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır”.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonu Babı kəndində doğulub.
1987-ci ildə ilk “Təbrizim” albomu çıxıb. Sonralar “Azərbaycanım”, “Gözlə, gələcəyəm”, “Xallı qız”, “Gözlərimin yaşı”, “Saçlarım bəyaz oldu”, “Dünya gözəl dünyadır”, “Bizim uşaq dünyamız” albomlarını buraxıb.
Müğənni “Bəyaz gecələr” mahnısı ilə məşhurlaşıb.