“Fulya” filminin montaj prosesi başa çatıb

Onun sözlərinə görə, filmin montaj prosesi Türkiyədə olub.

Source: https://www.cumhuriyet.com.tr/


Filmin premyerasının harada keçiriləcəyi hələ məlum deyil

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı “Fulya” sənədli filminin çəkilişləri və montaj prosesi artıq başa çatıb.

Bu haqda məlumatı Meydan TV-yə “Azərbaycanfilm” kinostudiyasının PR meneceri Lətif Lətifsoy verib.

Onun sözlərinə görə, filmin montaj prosesi Türkiyədə olub. “Fulya” ortaq istehsal olduğu üçün premyeranın harada keçiriləcəyi hələ məlum deyil.

Ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Çengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Filmin çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılıb.

“CNN Türk” kanalının müxbiri Fulya Öztürk İkinci Qarabağ Müharibəsi zamanı 44 gün ərzində Azərbaycanın ən qaynar nöqtələrində iştirak edib. Sənədli film həmin hadisələri əks etdirir. Fulya Öztürk hazırda FOX TV-nin əməkdaşıdır.

Ana səhifəMədəniyyət“Fulya” filminin montaj prosesi başa çatıb