Ukrayna da Kirkorovu “qara siyahı”ya saldı

Kirkorovun hansı səbəbdən “qara siyahıya” salındığı məlum deyil.

Source: Specify Source


Müğənni təhlükəsizliyi təhdid edən şəxs elan edilib

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni Filipp Kirkorovu milli təhlükəsizliyi təhdid edən şəxslər siyahısına daxil edib.

Bu barədə ölkənin Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytında məlumat verilib.

Xəbərdə deyilir ki, Kirkorov Ukrayna Təhlükəsizlik Xidmətinin tələbi ilə siyahıya daxil edilib.

Kirkorovun hansı səbəbdən "qara siyahıya" salındığı məlum deyil.

2021-ci ilin yanvarında Litva Daxili İşlər Nazirliyi də Filipp Kirkorva 5 illik qadağa qoyub.

Ana səhifəMədəniyyətUkrayna da Kirkorovu “qara siyahı”ya saldı