2 nəfərin vəfat etdiyi bildirilir
İyunun 18-də Azərbaycanda 60 adam COVID-19 infeksiyasına yoluxub, 148 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxa 2 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 399 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1099 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, ötən müddətdə isə 3 661 027 testin aparıldığı vurğulanıb.