"“Зайка, моя” və “Цвет настроения синий” mahnıları bir ölkə üçün nə kimi təhlükə yarada bilər?"
Rusiyanın Xalq artisti Filipp Kirkorovun vəkili Aleksandr Dobrovinskiy Litva hökumətinin sənətçiyə 5 il müddətində qadağa qoymasını şərh edib.
O, Litva hökumətinin bu addımını Rusiyaya qarşı təzyiq
adlandırıb
.
“Зайка, моя” və yaxud “Цвет настроения синий” mahnıları bir ölkə üçün nə kimi təhlükə yarada bilər? Bu, gülməlidir”, – o belə deyib.
Filipp Kirkorovun 2021-ci ilin iyununda Litvanın Vilnüs və Klaypeda şəhərlərində konserti gözlənilirdi.
Litva Daxili İşlər Nazirliyi bu il yanvarın 19-da ifaçıya 5 illik qadağa qoyub.
Litva Xarici İşlər Nazirliyinin rəhbəri Gabrielyus Landsbergis isə açıqlamasında Kirkorovun ilhaq edilmiş Krıma dəfələrlə səfərdə olmasını, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini bilərəkdən inkar etməsi kimi qəbul etdiyini demişdi.