“Fulya” sənədli filminin çəkilişlərinə başlanıldı

Yaxın günlərdə filmin kamera arxası kadrları ictimaiyyətə təqdim olunacaq.

Source: Meydan TV


Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır

“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı “Fulya” sənədli filminin çəkilişləri başlanılıb.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.

Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılacaq.

Jurnalist Fulya Öztürk və “Dada Yapım”ın aparıcı kino mütəxəssisləri artıq Azərbaycana gəlib.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Çengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır.

Yaxın günlərdə filmin kamera arxası kadrları ictimaiyyətə təqdim olunacaq.

CNN Türk kanalının müxbiri Fulya Öztürk İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində Azərbaycanın ən qaynar nöqtələrində iştirak edib.

img-20210616-wa0020.jpg
Fulya Öztürk Şuşada
Ana səhifəMədəniyyət“Fulya” sənədli filminin çəkilişlərinə başlanıldı