"Mümkün qədər ictimailəşdirilməməsi tapşırılıb"
Azərbaycan ordusunun əsgəri Qorxmaz Elşad oğlu Sadıqovun həlak olduğu bildirilir.
Hadsə dünən, sentyabrın 26-da gecə saatlarında baş verib.
Bu barədə Meydan TV-yə Sumqayıt sakinləri məlumat veriblər.
Deyiblər ki, onun nəşi ailəsinin yaşadığı Sumqayıt şəhərinə gətirilir: “Ailəsinə onun ehtiyatsızlıqdan həlak olduğunu, mümkün qədər ictimailəşdilməməsi tapşırılıb. O, evin tək oğlu idi və xidmətinin bitməsinə bir ay qalmışdı. Həlak olma səbəbi ilə bağlı dəqiq heç nə deyilmir”.
Hərbi qulluqçusunun həlak olması ilə bağlı xəbəri Müdafiə Nazirliyi də təsdiqləyib (https://report.az/qarabag/azerbaycan-ordusunun-herbi-qulluqcusu-helak-olub52/).
Qorxmaz Sadıqovun qeyri-döyüş şəraitində həlak olduğu açıqlanıb.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Ancaq nazirlik də ölüm hadisəsinin hansı səbəbdən baş verdiyini açıqlamayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən əsgərin hansı səbəbdən həyatını itirməsi ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.