Azərbaycan ilə Ermənistan arasında ötən ilin payızında müharibə ilə nəticələnmiş qarşıdurma hazırda hüquqi müstəviyə keçir. İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) hər iki ölkənin bir-birinə olan şikayətlərini baxılması üçün qəbul edib.
Bu proses indi başlamayıb. Hələ 2020-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Ermənistan İHAM-nə bir-birinə olan şikayətlərini göndərib. Həmin şikayətlərdə mülki hədəflərin nişan alınması barədə deyilir və ərazi suverenliyi məsələləri qaldırılırdı. Şikayətlər hüquqi məhkəməyə aid olmasa da, orda həm də insan haqları məsələləri qaldırılırdı.
Azərbaycan oktyabrın sonunda İHAM-nə müraciət edərək, Ermənistan hökumətinin Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən Azərbaycan ərazisindəki mülki və ictimai binaları, qəbiristanlıqları və digər yaşayış infrastrukturlarını artilleriya və raket atəşinə tutmağa, kriminal “avtoritet”lərin işğal olunmuş ərazilərdə hərbi, siyasi, maliyyə dəstəyə, Qarabağa hərbi güc, hərbi texnika və muzdlu göndərməyə son qoymasını və artıq orda yerləşənləri çıxarmasını tələb etmişdi. Bakı Ermənistana qarşı iddiaların təmin olunmasını tələb edirdi. Daha əvvəl Ermənistan İHAM-nə oxşar sorğu göndərmişdi.
İnsan Haqları üzrə Avropa Məhkəməsi bununla əlaqədar Dağlıq Qarabağdakı münaqişəyə münasibətdə Məhkəmə Reqlamentinin 39-cu maddəsini tətbiq etməyi qərara alıb. Bu maddəyə görə, “hazırkı maddənin 4-cü bəndi əsasında təyin olumuş növbətçi hakim və ya Seksiyanın Sədri maraqlı tərəflərin biri və ya hər ikisinin, ya da istənilən maraqlı şəxsin xahişi ilə zərurət yarananda və ya Palatanın şəxsi təşəbbüsü ilə tərəflərin maraqları üçün zəruri saydıqları istənilən ilkin tədbirə qərar verə bilər”. Məhkəmə dilindən çevirdikdə, bu o deməkdir ki, zəruri halda məhkəmə əgər qərarın icrası üçün maneələr yaranarsa, iddianın təmin olunması üçün tədbir görə bilər.
İHAM-də hesab ediblər ki, Qarabağdakı vəziyyət “İnsan haqları və əsas azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyası”nda ciddi pozuntulara gətirib çıxarıb. Məhkəmə Azərbaycan və Ermənistanı hər hansı bir tədbirin görülməsindən uzaq durmağa çağırıb. Bura mülki əhalinin haqlarının pozulmasına gətirib çıxaran, o cümlədən həyat və sağlamlığa təhlükə ola biləcək hərbi əməliyyatlar daxildir. Məhkəmə həmçinin münaqişəyə cəlb olunmuş ölkələri, o cümlədən Türkiyəni Konvensiya üzrə öhədilikərini, xüsusilə də 2-ci maddəyə (yaşamaq hüququ) və 3-cü maddəyə (işgəncə və qeyri-insani, alçaldıcı davranış və cəzaların qadağan olunması) münasibətdə öhdəliklərini yerinə yetirməyə çağırıb. Məhkəmə ötən il noyabrın 4-də verdiyi bəyanatda isə təkrar olaraq hər iki ölkəni Konvensiya üzrə öhdəliklərinə, o cümlədən əsirlərin haqlarının qorunmasına əməl etməyə çağırıb. Həmin vaxt söhbət 149 vətəndaşın ərizəsindən gedirdi. İHAM-nə bu ərizələri Ermənistan və Azərbaycan hökumətləri, həmçinin əsirlərin qohumları təqdim etmişdi. Məhkəmə hər iki tərəfə həmin şəxslər, tibbi müayinə və ya müalicə də daxil olmaqla onların saxlanılma şəraitləri, 2020-ci il noyabrın 10-da bağlanmış atəşkəsin şərtlərinə uyğun əsirlərin dəyişdirilməsi ilə əlaqədar görülən tədbirlər barədə məlumat verməyi təklif etmişdi. O, həmçinin əsir düşmüş şəxslərin müdafiəsi üzrə beynəlxalq müxanizmlərin mövcudluğu barədə xatırlatmış, Azərbaycan və Ermənistanı israrla “uyğun prosedurlarda iştirak etməyə” çağırmışdı.
Azərbaycan 2020-ci il dekabrın 3-də İHAM-ə müraciət edərək, 2020-ci il sentyabrın 29-u ona münasibətdə çıxarılmış təminedici ölçülərin ləğv olunmasını xahiş edib. Ermənistan hökumətinin ərizənin rədd edilməsi zərurəti barədə bəyan etdiyini söyləmək artıqdır və İHAM Azərbaycanın nəzərdə tutulan əsirlərlə bağlı sorğuya baxılamsının dayandırılması ilə bağlı xahişini rədd edib. Məhkəmə öz qərarını “39-cu maddə üzrə həddən artıq sorğunun göndərilməsi, – bu sorğular əsas etibarı ilə Azərbyacana qarşıdır” – ilə əsaslandırıb.”. Məhkəmənin qərarında qeyd olunur ki, “Azərbaycan Məhkəmənin istədiyi məlumatı çox vaxt təqdim etməyib”. Bundan başqa, İHAM qarşılıqlı əsir mübadiləsinin başlamasını təqdirəlayiq bilsə də, hesab edir ki, həm Ermənistan, həm də Azərbaycana münasibətdə ünvanlanmış ümumi müvəqqəti ölçü qüvvədə qalmalı və hər iki tərəfə öz öhdəliklərini xatırlatmalıdır. Yəqin ki bununla əlaqədar olaraq Azərbaqycan artıq 2021-ci ilin əvvəlində İHAM-ə son 30 il ərzində vətəndaşların hüquq və azadlıqlarının pozulması barədə ərizə göndərib.
Daha sonra Ermənistan hökuməti İHAM-ə Azərbaycanın əsir götürdüyü 249 ertməniyə münasibətdə müvəqqəti tədbir görülməsi barədə ərizə göndərib. Aydınlaşdırıldığı kimi, adı çəkilən 249 erməninin 58-i 2020-ci ilin dekabrından 2021-ci ilin fevralınadək olan müddətdə repartasiya olunub. Daha 112 nəfəri Azərbaycanda olan əsirlər arasında tanıya bilməyiblər. Qeyd etmək lazımdır ki, məhkəmə həmçinin Ermənistanın əsir götürdüyü 16 azərbaycanlı barədə müvəqqəti tədbir görülməsi barədə sorğular alıb. Aydınlaşdırıldığı kimi, Ermənistan hökuməti bu qrupdan 12 nəfəri əsir kimi tanıyıb və hələ 2020-ci ilin dekabrında repartasiya edib. Əsir mübadiləsində meydana gəlmiş anlaşılmazlıq Ermənistanla Azərbaycanın bu məsələyə münasibətindən irəli gəlib.
Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov bəyan edir ki, Azərbaycan noyabrın 10-da bağlanmış atəşkəs çərçivəsində “Ermənistana Qarabağdakı hərbi əməliyyatlar zamanı götürülmüş bütün əsirləri qaytarıb”. Hərçənd o qeyd edib ki, Azərbaycan tərəfinin saxladığı erməni hərbçiləri “hərbi əsir sayılmır, belə ki ,onlar hərbi əməliyyatlar zamanı saxlanılmayıb”. Bu şəxslər noyabrın 26-sı, hərbi əməliyyatlar dayandırıldıqdan və atəşkəsə qol çəkildikdən sonra saxlanılıb.
İHAM-in palatası martın əvvəlində bütün bu qarşılıqlı şikayət və iddiaların nəticələrinə görə, – orda “Ermənistan Azərbaycana qarşı” (№ 4521\20) və “Azərbaycan Ermənistana qarşı” (№ 47319\20) beynəlxalq işlər olub, – Məhkəmənin Böyük Palatasının xeyrinə bu işlər üzrə yurisdiksiyadan imtina edib. Nə Azərbaycan, nə də Ermənistan buna qarşı çıxıb. İHAM yaydığı press-relizdə bu addımı belə izah edib ki, hər iki tərəfin ərizələri daha çox 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə ilə bağlıdır. Həmin ərizələrdə tərəflər bir-birini zorakılıqda, mülki şəxslərə, şəxsi və ictimai mülkiyyət və infrastruktura hücum etməkdə, hərbçilərlə və mülki şəxslərlə pis davranışda, onlara zərər verməkdə, hərbi əsirləri ələ keçirməkdə və uzun müddət saxlamaqda, hərbi əməliyyatların keçirildiyi rayonlarda mülki əhalinin zorla başqa yerə köçürülməsində ittiham edir. Üstəlik Azərbaycan Ermənistanı bir sıra konvensiyanı pozmaqda, – bura 1992-ci ildə yüz minlərlə azərbaycanlının öz yurdundan didərgin salınması; azərbaycanlı vətəndaşlarla qəddar davranış və onların yoxa çıxması, həmin hadisələrin tədqiq edilməməsi; mədəni və dini dəyərlərin məhv edilməsi aiddir, – günahlandırır.
Yeri gəlmişkən, Ermənistan Qarabağdakı müharibə ilə bağlı Azərbaycana qarşı şikayət çərçivəsində İHAM-ə həm də Türkiyəyə qarşı şikayət edib. Bu sorğu № 43517\20 əlavəsi kimi qeyd olunub (Ermənistan Türkiyəyə qarşı) və məhkəmə 2020-ci il oktyabrın 6-sı Türkiyəyə münasibətdə məhkəmə reqlamentinin 39-cu maddəsini tətbiq etməyi qərara alıb. Lakin noyabrın ortasında Türkiyə hökuməti İHAM-ə müraciət edərək, bu qərara yenidən baxılmasını xahiş edib və bu zaman Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın Baş nazirinin imzaladıqları atəşkəs razılaşmasına əsaslanıb. Məhkəmə Türkiyənin xahişini təmin etməyi qərara alıb, lakin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə 39-cu maddəyə uyğun alınmış qərarlar qüvvədə qalıb.
İHAM-in Böyük Palatası məhkəmə prezidentindən, vitse-prezidentlərdən, seksiya prezidentlərindən, milli hakim və həmçinin püşk əsnasında seçilmiş hakimlərdən ibarətdir. Onlar həmçinin iştirak edə bilərlər, belə ki, iş olduqca mürəkkəbdir. 2020-ci ilin sentyabrında İHAM Azərbaycan və Ermənistanı hərbi əməliyyatlardan uzaq durmağa çağıranda, – həmin əməliyyatlar mülki əhalinin haqlarını poza bilərdi, – Ermənistanın İHAM-də nümayəndəsi olan Yeqişe Kirakosyan bunu erməni tərəfinin uğuru kimi qiymətləndirmişdi. Lakin Azərbaycan da bu müraciəti qələbə kimi qiymətləndirmişdi. Azərbaycan XİN-i isə bəyan etmişdi ki, “Ermənistanın Avropa məhkəməsindən – hüquqi alətdən siyasi məqsədlər üçün istifadə etmək cəhdi özünə qarşı çevrildi”. Bu arada “Amnesty International “Atəş xəttində: Dağlıq Qarabağ ətrafındakı erməni-azərbaycanlı münaqişəsində qeyri-qanuni hücumların mülki qurbanları” adlı məruzə dərs edib. Həmin məruzədə hər iki tərəfin “qeyri-seçici silahdan”, o cümlədən kasetli bombalar təhlükə doğuran partlayıcı silahdan dəfələrlə istifadə etməsi barədə yazılırdı.
Böyük Palatanın iddialara nə vaxt baxacağı hələlik məlum deyil. Lakin bu proses çoxmərhələlidir. Məhkəmə hər iki tərəfdən tam sənədləşdirmə tələb edəcək. Həmin sənədlər etirazların hazırlanması üçün cavabdehə ötürüləcək. Etirazlar olduğu halda məhkəmə iddiaçılardan əlavə arqumentlər, sənədlər və şahid ifadələri təqdim etməyi tələb edəcək. İş mürəkkəbləşdiyi halda, – bu isə məhz mürəkkəb işdir, – məhkəmə müstəqil ekspertiza üçün kənardan ekspertlər cəlb edə bilər. Məhkəmə yalnız bundan sonra qərar çıxara bilər. Qərarın həyata keçirilməsinin təmin olunması Avropa Şurası Nazirlər Kabinetinin öhdəsinə qoyulur. Qərar yerinə yetirilmədiyi təqdirdə Avropa Şurası həmin dövlətə sanksiyaların qoyulması barədə qərar çıxara bilər. Bu, Avropa Şurasında müəyyən zaman kəsiyində səs hüququnun alınası və ya üzvlüyün dayandırılması, həmçinin Avropa Şurasından çıxarılma ola bilər. Məhkəmə işi illərlə, hətta on illərlə çəkə bilər. Məsələn, 2006-cı ildə Gürcüstan İHAM-ə müraciət edərək, gürcülərin Rusiyadan qeyri-qanuni şəkildə çıxarılması ilə bağlı Rusiyaya qarşı iddia qaldırmışdı. Lakin məhkəmə Gürcüstanın xeyrinə yalnız 2014-cü ildə qərar çıxarmışdı. Zərərçəkənlərə 10 milyon avro həcmində təzminatın verilməsi qərarı isə 2019-cu ildə çıxarılmışdı.
Sözsüz ki, İHAM ərazi məsələləri üzrə heç bir qərar çıxarmayacaq. Üstəlik məhkəmənin Ermənistanla Azərbaycan arasında ideoloji mübarizə arenasına çevrilməsinə yol verməyəcək. Ümumilikdə İHAM-in əməllərinə hər iki tərəfə, hətta münaqişə şəraitində belə insan haqları sahəsində öz beynəlxalq öhdəliklərini unutmamasını xatırlatması kimi baxmaq lazımdır. Belə ki, qanun üstünlüyünü tanımadan, ümumiyyətlə, İHAM-ə müraciət etməyin bir anlamı yoxdur.