Əfəndinin səhnəyə hansı nömrə ilə çıxacağı ikinci yarımfinal nəticələrindən sonra bəlli olacaq
2020-ci ildə pandemiyaya görə təxirə salınan “Eurovision” müsabiqəsi bu il mayın 18-də Niderlandın Rotterdam şəhərində start götürüb.
“Ahoy” arenasında keçirilən birinci yarımfinalda Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Makedoniya, Şimali İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna, Malta təmsilçiləri çıxış edib.
Malta, İsrail, Rusiya və Ukrayna təmsilçilərinin ifası daha yaddaqalan olub.
Azərbaycan təmsilçisi Samirə Əfəndi səhnəyə 14 nömrə altında çıxıb, “Mata Hari” mahnısını oxuyub.
Səsəvermənin nəticələrinə əsasən, ikinci yarımfinala Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna vəsiqə qazanıb.
Samirə Əfəndinin ikinci yarımfinaldakı çıxışı ikinci hissədə olacaq. Bu barədə müsabiqənin ilk yarımfinal mərhələsindən sonra keçirilən püşkatma və mətbuat konfransında bildirilib.
Azərbaycan təmsilçisinin finalda hansı nömrə altında çıxış edəcəyi isə ikinci yarımfinal nəticələrindən sonra bəlli olacaq.
Ümumilikdə 39 ölkədən 34 iştirakçının çıxış edəcəyi müsabiqənin final günü mayın 22-dədir.