“Həkimlər bizə deyib ki, dua edin”
COVİD-19 infeksiyasına yoluxan xalq artisti Arif Quliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Qızı Günel Quliyevanın Meydan TV-yə verdiyi məlumata görə, aktyor hələ də reanimasiya və intensiv terapiya şöbəsindədir:
“Hələ ki, yaxşıya doğru heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni edir. Huşu özündə deyil. Həkimlər bizə deyib ki, dua edin”.
Altı gün öncə yeni növ koronavirusa yoluxan sənətçinin ağciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.
Arif Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub.