Arif Quliyev süni tənəffüs aparatına qoşulub

“Həkimlər deyir ki, vəziyyəti çox ağırdır”.

Source: Specify Source


Günel Quliyeva: "Dua etməkdən başqa çarə qalmayıb"

COVİD-19 virusuna yoluxan xalq artisti Arif Quliyevin vəziyyəti ağırlaşıb.

Bu haqda Meydan TV-yə aktyorun qızı Günel Quliyeva məlumat verib.

Onun sözlərinə görə, beş gündür ki, "Yeni Klinika"da müalicə olunan sənətçi bir neçə saat öncə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib: “Həkimlər deyir ki, vəziyyəti çox ağırdır. Dua etməkdən başqa çarə qalmayıb. Atamın problem ürəyindədir”.

Günel Quliyeva bildirib ki, Arif Quliyevin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.

Arif Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub.

Ana səhifəMədəniyyətArif Quliyev süni tənəffüs aparatına qoşulub