Qarabağ haqqında yeni film çəkiləcək

“Yox içində xarı bülbül” Azərbaycan Film Akademiyası tərəfindən ərsəyə gələcək.

Source: Specify Source


Filmin adı “Sarı büıbül” mahnısından götürülüb: “Yox içində xarı bülbül”

Qarabağ mövzusunda yeni film çəkiləcək.

Rejissor Zaur Tahirsoy Meydan TV-yə bildirib ki, film ermənilərin Azərbaycana köçürülməsi, həmçinin Qarabağ xanı İbrahimin qızı Ağabəyim ağa haqqında olacaq.

On iki hissəli bədii film yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında ekranlaşdırılacaq.

Filmin adı Azərbaycanın xalq mahnısı “Sarı bülbül”dən götürülüb.

“Yox içində xarı bülbül” adlı tarixi filmdə baş rolları kino və teatr aktyorları – xalq artisti Pərviz Məmmədrzayev və əməkdar artist Vəfa Zeynalova oynayacaq:

“Ssenari üzərində işlər tam yekunlaşandan sonra çəkiləcək digər aktyorlarla da danışıqlar aparılacaq. Filmin çəkiliş məkanı ilə bağlı danışmaq hələ tezdir. Çox istərdik ki, Qarabağda, Şuşada kino pavilyonu qurulsun. Hazırkı vəziyyətə görə ola bilsin ki, Bakıda şəhərcik qurulsun və film burada çəkilsin”.

“Yox içində xarı bülbül” Azərbaycan Film Akademiyası tərəfindən ərsəyə gələcək.

Ana səhifəMədəniyyətQarabağ haqqında yeni film çəkiləcək