Sənətçi Liman qəsəbəsində torpağa tapşırılacaq
Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn olunacaq.
Bu haqda məlumatı Meydan TV-yə mərhumun oğlu Orxan Mirzəzadə verib.
Bildirib ki, sənətçi bu gün Lənkəranın Liman qəsəbəsində torpağa tapşırılacaq.
Yalçın Rzazadə ötən gün uzun sürən xəstəlikdən vəfat edib.
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub.
1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.
1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.
1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb.
Bununla yanaşı, 2 dəfə karate üzrə çempion olub.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.