Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb
Xətai Rayon Prokurorluğu Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi açıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Sevil Atakişiyeva fevralın 21-də saat 20 radələrində intihar edib.
O, paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü atıb.
Baş Prokurorluq bildirib ki, fakt üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir", – məlumatda bildirilir.