Sənətçi hazırda sivilizasiyadan uzaq yerdə yaşadığını deyib
Serbiyalı rejissor, musiqiçi Emir Kusturitsa Rusiyanın “Sputnik V” peyvəndinin koronavirusa qarşı effektiv olduğunu deyir.
Sənətçi “Россия 24” televiziyasına
bildirib ki
, özü də bu peyvəndi vurdurmağı düşünür.
“Məncə, Rusiya vaksini ən yaxşısıdır”, – rejissor bildirib. Əlavə edib ki, əgər ehtiyac yaranarsa, mütləq üstünlüyü “Sputnik V” peyvəndinə verəcək.
Hazırda o, sivilizasiyadan uzaq, yoluxma təhlükəsinin olmadığı bir yerdə yaşadığını deyib.
Emir Kusturitsa 2019-cu il noyabın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində“The No Smoking Orchestra” qrupu ilə birgə konsert verib.
Rusiyada kütləvi peyvəndolunma yanvarın 18-dən başlayıb.