Film fevralda nümayiş olunacaq
“Netflix” İndoneziya istehsalı olan “Leyla-Məcnun” filminin
anons
unu paylaşıb.
Filmin çəkilişlərinin əsas hissəsi Bakıda aparılıb. Çünki film azərbaycanlı gənc oğlanla indoneziyalı qızın məhəbbətindən bəhs edir. İndoneziyalı qız Bakıya oxumağa gəlir və Samir Əsədzadə ad-soyadlı oğlana aşiq olur. Amma qızın öz ölkəsində evlənməli olduğu şəxs var.
Baş rollarda Aça Septriasa və Reza Rahadian çəkiliblər. Filmin premyerası fevralın 11-də olacaq.