“İzn ver qaçım” filmi əlilliyi olan gəncin həyatından bəhs edir
Amerikada yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver, qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kino festivalında “Ən yaxşı xarici film” mükafatına layiq görülüb.
“Let me run” filmi əlilliyi olan gəncin həyatından bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneələri dəf edir.
Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Qoldberq və Zeke Ramazan Geisdir.
“İzn ver, qaçım” qısametrajlı filmi indiyə kimi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxalq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.