“Müsəlman Birliyi” Hərəkatının və sədr əvəzinin “Facebook” səhifələri oğurlanıb

Təşkilat üzvlərini və tərəfdarlarını həssaslıq göstərərək, məsələ ilə əlaqədar xüsusi diqqətli və ehtiyatlı olmağa çağırır.

Foto: Müsəlman Birliyi Hərəkatı


Təşkilat bəyanat yayıb

“Müsəlman Birliyi” Hərəkatının sədr əvəzi Elçin Qasımovun və təşkilatın rəsmi “Facebook” səhifəsi oğurlanıb. Bu barədə “Müsəlman Birliyi” Hərəkatının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, təşkilata qarşı növbəti təxribat və cinayət törədilib:

“Təşkilatın və MBH İdarə Heyətinin sədri Elçin Qasımlının rəsmi “Facebook” səhifələri kibercinayətkar hücumlara məruz qalıb. Cinayət nəticəsində "MBH (@MuselmanBirliyiHerakati)" və "Elçin Qasımov (@elcinqasimo)" səhifələri oğurlanıb. Hadisə ilə bağlı “Müsəlman Birliyi” Hərəkatı rəhbərliyi qəbul etdiyi qərarda bildirir ki, Azərbaycanın da Avropa Şurası çərçivəsində qoşulduğu “Kibercinayətkarlıq haqqında” Konvensiyanın şərtlərinə uyğun olaraq məsələyə düzgün qiymət verilməsi üçün müvafiq hüquqi addımlar atılaraq yerli və beynəlxalq qurumlara müraciət ediləcək.

Həmçinin MBH rəhbərliyi bəyan edir ki, sözügedən səhifələr vasitəsilə törədilmə ehtimalı olunan hər hansı təxribat və ya digər bütün hadisələrin baiskarı səhifələri oğurlamış cinayətkarlar olacaq”.

Təşkilat üzvlərini və tərəfdarlarını həssaslıq göstərərək, məsələ ilə əlaqədar xüsusi diqqətli və ehtiyatlı olmağa çağırır.

Ana səhifəSiyasət“Müsəlman Birliyi” Hərəkatının və sədr əvəzinin “Facebook” səhifələri oğurlanıb