İclasda Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 12-də keçirilən iclasında media nümayəndələri iştirak etməyib.
Parlamentin ictimaiyyətlə əlaqələr şöbəsi bunu koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə əlaqələndirib. Bununla bağlı akkreditasiyadan keçmiş KİV nümayəndələrinə bir neçə gün əvvəldən məlumat göndərilib.
Spiker Sahibə Qafarovanın sədrlik etdiyi iclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir.