“AZAL-a verilmiş pulla 1 ay da 190 manat birdəfəlik ödəniş etmək olardı”

Dövlətdən dəstək alan qurumlardan biri də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.

Source: Foto: google.az


Maliyyə Nazirliyi pandemiyadan zərər çəkmiş sahələrə ayrılan vəsaiti açıqlayıb

Pandemiyadan zərər çəkmiş sahələrə dövlət büdcəsindən 533 milyon manatdan çox maliyyə vəsaiti

ayrılıb

.

Məlumatı Maliyyə Nazirliyi yayıb. Bildirir ki, vəsait Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamı (1950 nömrəli) əsasında ayrılıb.

İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 mln. 757 min manat vəsait artıq ödənilib.

Dövlətdən dəstək alan qurumlardan biri də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.

Məlumatda bildirilir ki, AZAL-ın bütün uçuşları koronavirusa görə dayandırılıb və şirkət böyük zərərlə qarşılaşıb. Odur ki, dövlət AZAL-a 86 mln. 900 min yardım ayırıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, 86,9 milyon manat az vəsait deyil. Bu pulla 469 min 473 nəfərə əlavə olaraq 1 ay da 190 manat birdəfəlik ödəniş etmək olardı:

“AZAL-a gəlincə, şirkət indiyə qədər uçuşları təxirə salınan sərnişinlərin biletlərə görə ödədiyi vəsaitləri belə geri qaytarmayıb. İndiyədək 22.682 vergi ödəyicisinə 199.449 nəfər muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün 69,12 mln. manat vəsait ödənilib. Diqqət edin: Yalnız AZAL-a 86,9 milyon manat, amma 200 minə qədər muzdlu işçi olan 22.682 vergi ödəyicisinə 69,12 milyon manat verilib. Fərqi görürsünüzmü? Bu qədər ədalətsiz bölgü olarmı?”

İqtisadçı deyir ki, AZAL-a bu qədər "isti maliyyə münasibəti" şəxsi və korporativ maraqlarla əlaqəlidir. Eyni zamanda, mümkündür ki, AZAL-a əlavə dəstək də göstərilsin və bu, ilkin dəstək olsun:

“Görünür ki, hesablamalar zamanı AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya məxsus Batumidə beşulduzlu “Qrand Qloriya” otelinin xərcləri də nəzərə alınır”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

Batumidə beşulduzlu “Qrand Qloriya” otelinin AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus olduğu

bildirilir

.

Otelin 1 hektara qədər sahəsinin olduğu və həmin ərazinin simvolik 1 lari qiymətinə Zərifə Həmzəyevaya verildiyi bildirilirdi. “Grand Gloria" otelində 170 otaq, açıq və qapalı hovuzlar, spa mərkəzi, restoranlar və konfrans salonları var.

Acar hökumətinin sədri Zurab Pataradze ötənilki açıqlamasında bildirmişdi ki, layihənin investisiya dəyəri 31 milyon dollardır.

Batumi mətbuatının verdiyi məlumata görə, yeni otelin tikintisinə 2012-ci ildə başlanılıb, sonra isə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hökumətinin vaxtında həyata keçirilən bir sıra digər layihələr kimi dayandırılıb.

Layihənin həyata keçirilməsi ilə bağlı vəziyyət yalnız 2016-cı ildən sonra Acariya hökumətinin rəhbəri Arçil Xabadzenin yerinə Zurab Pataradze gəldikdən sonra dəyişib.

_40988.width-1024.jpg
Grand Gloria hotel

Batumidə otelin layihəsini həyata keçirən, Bakı mərkəzli "Gloria" şirkətinin səhmlərinin 50,8% -i Zərifə Həmzəyevaya, qalan hissələr Malahət və Cəmil Əsgərovlara, onun uşaqlarına məxsusdur.

Zərifə Həmzəyeva Azərbaycan Prezidentinin qızı Arzu Əliyeva ilə birlikdə "Silk Way Holding"-in yaradıcısı və səhmlərinin sahibidir. Milyarderin həyat yoldaşı həmçinin böyük ətir mağazaları şəbəkəsi olan "Gazelli"-nin sahibdir.

2011-ci ildə imzalanmış müqaviləyə əsasən, investor 20 ay ərzində 100 otaqlıq müasir mehmanxana kompleksi tikməyi və 100 Gürcüstan vətəndaşını işlə təmin etməyi vəd edib. "Semiramida bağları" adlı otelin dizayn konsepsiyasının müəllifləri gürcü memarlarıdır.

Ana səhifəİqtisadiyyat“AZAL-a verilmiş pulla 1 ay da 190 manat birdəfəlik ödəniş etmək olardı”