AzTV-nin digər əməkdaşı vəzifəyə gətirilib
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu mayın 5-də vəzifəsindən azad olunub.
Akif Təvəkküloğlu 2006-cı ildən qanunverici orqanın mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu.
Milli Məclisin sədri Sahibə Qafarovanın digər sərəncamı ilə Elnar Məmmədov mətbuat xidmətinin rəhbəri təyin olunub. E.Məmmədov 1998-ci ildən dövlət televiziyasının “Xəbərlər” baş redaksiyasının “Xarici informasiya” şöbəsində çalışıb. 2003-cü ildə AzTV-nin Rusiya Federasiyası üzrə bürosunun müdiri vəzifəsinə təyin olunub. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb. 2011-ci ildə mərkəzi Fransanın Strasburq şəhərində yerləşməklə Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosunun müdiri vəzifəsinə təyin edilib.
O, 2020-ci ilin əvvəlindən televiziyanın Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifəsində çalışır.