Azərbaycanda yenə bir nəfər koronavirusdan həyatını itirdi

“O, arterial hipertenziya xəstəliyindən əziyyət çəkirmiş”.

Source: Reuters


Daha 38 nəfərdə virusa yoluxma faktı aşkarlanıb

Aprelin 30-da Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər ölüb.


Nazirlər Kabineti

yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda 58 nəfər müalicə olunaraq evə buraxıldığı da qeyd olunub.

Məlumatda ölən şəxslə bağlı deyilir ki, 1951-ci il təvəllüdlü pasiyentin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb:

“O, arterial hipertenziya xəstəliyindən əziyyət çəkirmiş”.

Operativ Qərargah bildirib ki, Azərbaycanda 1 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143 079 testin aparıldığı qeyd olunub.

Ana səhifəSosialAzərbaycanda yenə bir nəfər koronavirusdan həyatını itirdi