2019–2023-cü illərdə qalib ölkələrdə “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı“nın texniki dəstəyi həyata keçiriləcək
BMT-nin
Yol Təhlükəsizliyi Fondu
yol təhlükəsizliyi sistemlərindəki problemlərin həlli üçün elan etdiyi qrant müsabiqəsinin nəticələrin açıqlayıb.
Qalib ölkələr arasında Azərbaycanın da adı var.
Layihələrin ümumi büdcəsi təxminən 4 milyon ABŞ dolları həcmindədir. Təklif edilən 73 layihənin hamısının maliyyələşdirilməsi üçünsə 62.5 milyon ABŞ dolları lazım imiş. O qədər büdcəsi olmadığı üçün Fond onların içindən cəmi 10 layihəni seçib.
Layihə əsasında 2019–2023-cü illərdə qalib ölkələrdə “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı“nın texniki dəstəyi həyata keçiriləcək.
Fond, təkliflər üçün müraciət elanını 2019-cu ilin sonunda vermişdi. Bildirmişdilər ki, dünyada hər il təxminən 1.35 milyon insan yollarda ölür, 50 milyon insan yaralanır. Bu, böyük rəqəmdir və qarşının alınması üçün çalışılmalıdır.
Ayrılmış 4 milyon dolların böyük hissəsi Afrikaya yönələcək. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iştirakçılığı ilə Azərbaycana “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı“nın texniki dəstəyinin həyata keçirilməsi üçünsə 500 min dollar ayrılıb. Ayrılmış vəsait 36 aya hesablanıb.