“Bu gün Azərbaycana buraxılmasaq, çöldə gecələməli olacağıq”

“Hotel isə adambaşına 500 rubl istəyir, bu gün buraxmasalar, çöldə gecəməli olacağıq”.

Source: Foto: arxiv


Rusiyadan qayıdan Azərbaycan vətəndaşları pul və ərzaqlarının tükəndiyini deyir

Aprelin 19-dan 20-nə keçən gecə Rusiyadan qayıdan 515 Azərbaycan vətəndaşının Samur Keçid Məntəqəsindən ölkəyə buraxıldığı deyilir.

Bu barədə Meydan TV-yə hazırda sərhəddə gözləyən Gülşən Hüseynova məlumat verib.

Onun sözlərinə görə, özü aprelin 4-dən sərhəddə gözləyir, səfirliyə müraciət edib, adını siyahıya yazdırsa da, hələ cavab almayıb:

“Adımı yeni açılan sayta da qeyd etdirmişəm. İndi 70 nəfərə yaxın Azərbaycan vətəndaşı “Çayka” Hotelinin qarşısındayıq, 3 qadınıq, pulumuz da, yeməyimiz də qurtarıb. Hotel isə adambaşına 500 rubl istəyir, bu gün buraxmasalar, çöldə gecəməli olacağıq”.

Azərbaycan vətəndaşları Xəzər Quluzadə, Ülvi Alışov və Fərasət Rəhimov isə aldadıldıqlarını deyirlər:

“Aprelin 20-də buraxacaqlarını deyib bizi Dərbənd şəhərinə qaytardılar. Amma şəhərdə olanda eşitdik ki, gecəylə hotel və məsciddə yerləşən adamları Azərbaycana buraxıblar. İndi onlarla azərbarbaycanlı sərhəddədir, ardı da gəlir, əksəriyyətinin də pulu və yeməyi qurtarıb. Müğənni Rəqsanə xanım gömrüyün yanındakı məscidə və hotelə ərzaq verib. Ancaq bizi məscidə də buraxmırlar. Halbuki, ora boşalıb, heç olmasa buraxsınlar ki, həm gecələyək, həm də nəsə yeyək”.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev ötən həftə bildirmişdi ki, hökumət aprelin 20-dən Rusiyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışını təmin edəcək, hər gün 300-400 nəfər təyyarə ilə gətiriləcək.

Ana səhifəSosial“Bu gün Azərbaycana buraxılmasaq, çöldə gecələməli olacağıq”