39 nəfərin sağalaraq evə buraxıldığı bildirilir
Aprelin 13-də Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər ölüb, 39 nəfər sağalaraq evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti
yanında operativ qərargah məlumat yaylb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.
Operativ Qərargah bildirib ki, hazırda 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər ölüb, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Eyni zamanda, müxtəlif karantin zonalarında 2373 nəfərin müayinə olunduğu qeyd edilir.