Sağalanların sayı 250 oldu
Aprelin 12-də Azərbaycanda 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda hazırda 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfəri sağalıb, 11 nəfər həyatını itirib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Operativ Qərargah ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparıldığı bildirib.