Azərbaycanda metil spirtindən zəhərlənən 8 nəfər ölüb

Onun sözlərinə görə, martın 21-dən “Metil spirti zəhərlənməsi” diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib.

Foto: Meydan TV


“Zəhərlənmə diaqnozu ilə 13 nəfər müraciət edib”

Azərbaycanda metil spirti zəhərlənməsindən 8 nəfər ölüb.

Bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya deyib.

Onun sözlərinə görə, martın 21-dən “Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib. Onların 8-i ölüb.

Şöbə müdiri bildirib ki, toksiki məhlulun qəbulu 30 ml-dən çox olanda ölümə səbəb olur.

Oxşar hal İran İslam Respublikasında da baş vermişdi. İnsanlar koronavirusdan müdafiə üçün bu məhluldan istifadə edirlər.

Ana səhifəSosialAzərbaycanda metil spirtindən zəhərlənən 8 nəfər ölüb