Əməkdaşların əmək haqqları saxlanılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları əmək haqqı saxlanılmaqla bir aylıq məzuniyyətə göndərilib.
AMEA prezidenti
Ramiz Mehdiyev
in martın 30-da bu barədə sərəncam imzaladığı bildirilib. Sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub. Eyni zamanda, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Nazirlər Kabineti
yanında Operativ Qərargahı 20 mart tarixində bəzi dövlət qurumlarının bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul edib.
Təhsil müəssisələri aprelin 20-nə qədər fəaliyyətini dayandırıb, digər ölkələrlə sərhədlər qapadılıb.
Bu qərarlar Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə qəbul edilir.