Rəsmi: Azərbaycanda 12 nəfərdə koronavirus aşkarlandı

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Source: Foto: google.az


Pasiyentlərin vəziyyətinin stabil olduğu deyilir

Martın 22-də Azərbaycanda 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Məlumatı

Nazirlər Kabineti

yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Azərbaycanda ümumi yoluxanların sayı 65 nəfərdir, 10 nəfər sağalıb, bir nəfər isə ölüb. Hazırda 54 nəfər xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Ana səhifəSosialRəsmi: Azərbaycanda 12 nəfərdə koronavirus aşkarlandı