Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Source: Foto: sosial şəbəkə


Ümumilikdə 42 nəfər xüsusi rejimli müəssisədə müalicə alır

Martın 21-də Azərbaycanda koronavirus infeksiyasına daha 9 yoluxma faktı qeydə alınıb.

Məlumatı

Nazirlər Kabineti

nin yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qərargah hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsinin xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanıldığını və onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görüldüyünü bildirib.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda virusa 53 nəfər yoluxub. Onlardan 1 nəfər ölüb, 10 nəfər isə sağalıb. Azərbaycanda koronavirusa ilk yoluxma fevralın 28-də qeydə alınıb. Ondan sonra Azərbaycanın ardıcıl olaraq İran İslam Respublikası Gürcüstanla, Qazaxıstan, Türkiyə və Rusiya ilə sərhədləri qapadılıb.


Aprelin 20-dək

təhsil müəssisələri bağlanıb, bir çox

dövlət strukturlar

ının əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib.

Ana səhifəSosialAzərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı