Sərhəd Xidməti: Azərbaycanla sərhədi pozan iki İran vətəndaşı öldürülüb

“Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitələr aşkar edilib”

Source: Specify Source


“Hadisə yerində 61 kiloqram heroin, tiryək və marixuana aşkar edilib”


Dövlət Sərhəd Xidməti

martın 19-da saat 22:20 radələrində İran İslam Respublikasının iki vətəndaşı Azərbaycan sərhədini keçərkən zərərsizləşdirildiyini bildirib.

Hadisə Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.

Məlumatda bildirilib ki, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib və havaya xəbərdarlıq atəşi açılıb. Ancaq qarşı tərəf sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər:

“Sərhəd naryadı tərəfindən silah tətbiq edilərək hər 2 şəxs zərərsizləşdirib. Sərhəd pozucularının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı tapança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub. Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitələr aşkar edilib”.

Eyni zamanda, qeyd olunub ki, hadisə yerinin yaxınlığında Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Nicat Miriyev və 1982-ci il təvəllüdlü Elşən Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Bildirilib ki, qonşu ölkənin sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat edən sərhəd pozucularının İran vətəndaşları olmaları müəyyən edilib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əməkdaşlarının hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirdiyi bildirilir.

Ana səhifəSiyasətSərhəd Xidməti: Azərbaycanla sərhədi pozan iki İran vətəndaşı öldürülüb