Nazirlər Kabineti yeni qərar qəbul edib
Təhsil müəssisələrində tədrisin dayandırılması aprelin 20-nə qədər uzadılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilib ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Tədris müəssisələri
martın 3-dən
bağlanıb. İlkin olaraq dərslərin iki həftə müddətinə dayandırılması nəzərdə tutulmuşdu. Amma
martın 7-də
müddət uzadıldı.
Azərbaycanda koronavirusa ilk yoluxma fevralın 28-də qeydə alınıb. Ondan sonra Azərbaycanın ardıcıl olaraq İran İslam Respublikası Gürcüstanla, Qazaxıstan, Türkiyə və Rusiya ilə sərhədləri qapadılıb.
Rəsmi məlumata görə, indiyədək Azərbaycanda virusa 44 nəfər yoluxub. Onlardan 1 nəfər ölüb, 10 nəfər isə sağalıb. Hazırda xəstəxanalarda 33 nəfər müalicə alır.