İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar
Azərbaycanda daha 10 nəfər koronavirus infeksiyasına yoluxub.
Məlumatı
Nazirlər Kabineti
nin yanında Operativ Qərargah verib.
Məlumatda deyilir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar.
Koronavirusla mübarizə ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılacaq.
Bu barədə Prezident
İlham Əliyev
Novruz bayramı münasibətilə xalqa təbrik məktubunda bildirilib.
Prezident deyib ki, martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrılıb:
“Xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun deyə, ehtiyat fonddan 20 milyon manat ayrılacaq”.
Eyni zamanda,
Prezident
deyib ki, koronavirusla bağlı fövqəladə vəziyyət də elan oluna bilər:
“Xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir”.
İlham Əliyev əlavə edib ki, düzdür, bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər:
“Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək".
Prezident bildirib ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, o, açıq təxribatı da görür:
“Bu təxribat haradan gəlir? Həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin”.
Prezident sonda xalqa müraciət edib:
“Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”, – İlham Əliyev əlavə edib.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu İranda da özünü göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkə İranla sərhədi bağlayıb. Azərbaycan da ondan sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Daha sonra məhdudiyyəti 2 həftə də uzadıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.
Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən müvəqqəti dayandırılıb. Martın 14-dən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi 10 gün müddətinə bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Rusiya ilə də sərhədlər bağlanıb.
Hazırda əsasən, İran və İtaliyadan qayıdan bir çox şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi urğulanır.
Rəsmi məlumat
a görə, indiyədək Azərbaycanda virusa 44 nəfər yoluxub. Onlardan 1 nəfər ölüb, 10 nəfər isə sağalıb.