“Eurovision-2020” təxirə düşdü

“Ancaq COVID-19-un Avropaya yayılması ilə yaranan qeyri-müəyyənlik və iştirak edən yayımçı ölkələrin hökumətləri və Niderland hakimiyyəti tərəfindən qoyulan məhdudiyyətlər yarışmanın davam etməməsi qərarını almağımıza vadar elədi”.

Source: google.az


Müsabiqənin gələn il keçirilib-keçirilməyəcəyi müzakirə olunacaq


"Eurovision-2020”

mahnı müsabiqəsi koronavirusa görə təxirə salınıb.

Bu barədə mahnı yarışmasının saytında məlumat yerləşdirilib.

Təşkilatçılar təəssüflə bildiriblər ki, Rotterdamda keçiriləcək “Eurovision 2020” mahnı müsabiqəsi ləğv olunur.

“Son bir neçə həftə ərzində “Eurovision” Mahnı Müsabiqəsinin irəliləməsinə imkan yaratmaq üçün bir çox alternativ variantları araşdırdıq. Ancaq COVID-19-un Avropaya yayılması ilə yaranan qeyri-müəyyənlik və iştirak edən yayımçı ölkələrin hökumətləri və Niderland hakimiyyəti tərəfindən qoyulan məhdudiyyətlər yarışmanın davam etməməsi qərarını almağımıza vadar elədi. Sənətçilərin, işçilərin və ziyarətçilərin sağlamlığı bizim üçün vacib olduğundan “Eurovision 2020” təxirə salmalı olduq. Biz çox qürur duyuruq ki, “Eurovision” Mahnı Yarışması 64 il ərzində fasiləsiz olaraq hər il tamaşaçıları birləşdirirdi və biz dünyada milyonlarla insan kimi tədbirin may ayında reallaşmayacağından çox kədərlənirik”.

Sonda qeyd olunub ki, gələn il Rotterdam şəhərində “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsinin mümkün olub-olmadığını müzakirə edəcəklər.

“Eurovision-2020” müsabiqəsi 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcəkdi. Azərbaycanı müsabiqədə Samirə Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edəcəkdi.

Ana səhifəMədəniyyət“Eurovision-2020” təxirə düşdü