Xalq artisti infarktdan sonra xəstəxanaya yerləşdirilmişdi
Azərbaycanın Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.
Məlumatı Dövlət Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı yayıb.
Aktyor bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Rafael Dadaşov 1946-cı ildə Naxçıvanda anadan olub.
1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən R.Dadaşov Akademik Milli Dram Teatrında çalışıb. O, 1987-ci ildə əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarını alıb. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
R.Dadaşov aktyor Məlik Dadaşov və Sofa Hüseynovanın oğludur.