Koronavirusla əlaqədar məhkumlarla görüş dayandırılıb

Mehman Sadıqov bildirib ki, proses müvəqqəti xarakter daşıyır

Source: Foto: google.az


Yalnız vəkillərlə görüşə icazə verilir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

Bu barədə yayılan məlumatı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə təsdiqləyib.

Mehman Sadıqov bildirib ki, proses müvəqqəti xarakter daşıyır:

“Koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə hələ sanitar-epidemioloji, profilaktiv tədbirlər həyata keçirilir. Ona görə Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.

Ancaq Mehman Sadıqov məhbusların vəkilləri ilə görüşünə qadağa qoyulmadığını deyib:

“Məhbusların vəkillərlə, digər hüquqi yardım göstərən şəxslərlə görüşünə heç bir qadağa qoyulmayıb. Çünki vəkillər cəzaçəkmə müəssisələrinə gedəndə, sanitar-epidemioloji yoxlamadan keçir”.

Ana səhifəSiyasətKoronavirusla əlaqədar məhkumlarla görüş dayandırılıb