Filmin Gürcüstanda təqdimatı olacaq
“Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.
“Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlovdur.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb. Çəkilişlər Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb.
Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə Cəlil Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı faktlar da daxil edilib.
Film martın 3-də Gürcüstanda da təqdim olunacaq.