“Eurovision” müsabiqəsi koronavirusa görə təxirə salına bilər

Azərbaycan təmsilçisi I yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Source: Meydan TV


Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək

Bu ilin mayında Niderlandın ikinci böyük şəhəri Rotterdamda keçiriləcək “Eurovision” müsabiqəsi koronavirusa görə təxirə salına bilər.

Avropa Yayım Birliyinin (AYB) mətbuat xidmətinin nümayəndəsi

Deyv Qudman

təşkilatçıların koronavirusun Avropada yayılmasını ciddi nəzarətdə saxladıqlarını deyib. Söyləyib ki, təşkilatçılar prosesin monitorinqini davamlı şəkildə edirlər.

“Eurovision 2020” bu ilin mayında Rotterdamda yerləşən“Ahoy” konsert zalında keçiriləcək. Müsabiqənin yarımfinalları 12 və 14 may tarixlərində, finalı isə 16 mayda olacaq.

Yarışmada 41 ölkə təmsilçisi çıxış edəcək. 35 ölkədən olan artistlər yarımfinallarda finala keçmək uğrunda mübarizə aparacaqlar. Finala “Böyük beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ötən ilki qalibi, “Eurovison – 2020”yə ev sahibliyi edəcək Niderland keçəcək.

Azərbaycan təmsilçisi I yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Beləliklə, birinci yarımfinalda (12 may) 17 ölkədən olan sənətçilər səhnə alacaq: Şimali Makedoniya, Belarus, Litva, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika.

İkinci yarımfinalda (14 may) 18 ölkədən olan artistlər çıxış edəcək: Avstriya, Moldova, Polşa, San-Marino, Serbiya, İslandiya, Çexiya, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya.

Hər yarımfinalda tamaşaçı və münsiflərin səsverməsi nəticəsində 10 ölkə mayın 16-da keçiriləcək finala vəsiqə qazanacaq. Finalda ümumilikdə 26 ölkə təmsil olunacaq.

Müsabiqədə Azərbaycanı Samirə Əfəndi təmsil edəcək.

Ana səhifəMədəniyyət“Eurovision” müsabiqəsi koronavirusa görə təxirə salına bilər