Çindən gələn 2 nəfər karantinə alınıb

Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur.

Səhiyyə Nazirliyi, Foto: Meydan TV


“Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq”

“Koronavirus ehtimalı ilə Kliniki Tibbi Mərkəzdə 2 nəfər müalicə alır”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.


Məlumat

da bildirilib ki, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var:

“Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə məlumat verilib. Xəstəxanaya yerləşdirilən ikinci şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tbilisiyə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib”.

Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir:

“Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir". Ancaq hazırda xüsusi müəssisədə saxlanılanların ümumi sayı haqda məlumat verilməyib.

Fevralın 14-də Çində virusun episentri sayılan Hubey vilayətində açıqlanan informasiyaya görə, ötən gün virusdan 121 nəfər həyatını itirib, 5 minədək yoluxma aşkarlanıb.

Artıq Çində ölü sayı 1380 nəfərə, yoluxma 55 min 748 nəfərə çatıb.

Sidney Universitetindən infeksion xəstəliklər eksperti Adam Kamradt-Scott “Reuters”ə deyib ki, son rəqəmlər virusun heç də pik həddə çatmadığını göstərir.

Ana səhifəSosialÇindən gələn 2 nəfər karantinə alınıb