Pərviz Quluzadənin “Bandotdel”də saxlanıldığı haqda məlumatlar var
“Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxlanıldığı deyilir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, repçi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.
Onun artıq 4 gündür “Bandotdel” kimi tanınan həmin idarədə saxlanıldığı bildirilir.
Buna səbəb kimi onun dekabrın 9-da yazdığı ‘’Gang’' adlı repində ‘’Paşabank’' haqqında “Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir.
Yaxınları güman edir ki, ona saxlanıldığı zaman təzyiq göstərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, iş vaxtı olmadığından bu suala cavab verə bilməzlər.
Araşdırmaçıların
yazdığına
görə, “Paşa Bank” “Pasha Holding” vasitəsilə Azərbaycanın birinci ailəsinə məxsus olan daha bir bankdır. Bu bankın əsası 2007-ci ildə İlham Əliyevin xanımı Mehriban Əliyevanın ailəsi tərəfindən qoyulub. Bankın hesabatına görə hazırda onun sahibləri prezidentin qızları Arzu və Leyladır.