Vahid Məhərrəmli: Pambıq əkini ərazilərini reallıqdan az göstərirlər

Ekspertin sözlərinə görə, çoxlu sayda fermerlər isə taxıl biçinindən sonra məhz həmin yerdə pambıq əkinini həyata keçiriblər.


“Azərbaycanda pambıq istehsalı heç vaxt 350 min tondan çox olmayıb”

Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirə keçirib.

Dövlət başçısı respublika üzrə pambıq yığımının başa çatdığını bildirib. Prezident deyib ki, bu il rekord həddə – 294 min ton pambıq yığılıb, məhsuldarlıq orta hesabla hər hektardan 29,4 sentner təşkil edib.

Məlumatı “

Azərtac”

yayıb.

İlham Əliyev xatırladıb ki, ötən əsrin 80-ci illərinin əvvəlində məhsuldarlıq 30 sentnerə yaxınlaşıb, pambıq tədarükü 800 min ton səviyyəsində olub, 1981-ci ildə bu rəqəm 1 milyon tona qalxıb.

Ölkə başçısı son 3 ildə 15 min 700 texnika alındığını qeyd edib və deyib ki, bu, pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib.

“Suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib. Pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb. Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub”, – İlham Əliyev deyib.

Məsələni Meydan TV üçün şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bu il 7 rayonda olduqlarını deyib. Onun sözlərinə görə, pambıq əkini həyata keçirən fermerlərin əksəriyyəti ötən ilə nisbətən ərazini genişləndirdiklərini bildiriblər:

“Statistik məlumatda bununla bağlı ərazini az göstəriblər. Rayonlarda Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri fermerlərdən xahiş ediblər ki, daha çox ərazidə pambıq əksələr də, rəqəmi az göstərsinlər. Bununla rəqəmlərdə məhsuldarlığın çox göstərilməsini planlaşdırıblar”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmli

Ekspertin sözlərinə görə, çoxlu sayda fermerlər isə taxıl biçinindən sonra məhz həmin yerdə pambıq əkinini həyata keçiriblər. O qeyd edib ki, bu yerlər də pambıq əkini kimi qeydə alınmayıb.

“Yəni süni yolla ərazini az göstərməyə çalışıblar və ona da nail olublar. Məsələn, 101 min hektarda yox, 140 min hektarda pambıq əkini həyata keçiriblər və birinci rəqəmi göstəriblər”.

Məhsuldarlığa gəldikdə isə, ekspert hesab edir ki, nisbətən artım olub, amma 29 yox, 20 sentner civarında olub.

Vahid Məhərrəmovun sözlərinə görə, ötən əsrin 70-80-ci illərində pambıq öhdəlikləri “pripiska” (rəqəmlərdə süni artım – Meydan TV) yolu ilə yerinə yetirilirdi.

“O zaman da geniş ərazilərdə əkin həyata keçirilsə də, statistikada az yer göstərilirdi. Beləliklə, məhsuldarlığı sünu yolla artırırdılar. Azərbaycanda pambıq istehsalı heç vaxt 350 min tondan çox olmayıb. Ancaq 1 milyon ton pambıq istehsalı olduğunu göstərirdilər. Son 50 ildə respublikada pambıqçılıqda real göstəricilər gizlədilib. O zaman Moskva var idi və qarşısında hesabat verilməli idi. İndi hökuməti kim vadar edir ki, səhv rəqəmlər göstərsin?”

Ana səhifəİqtisadiyyatVahid Məhərrəmli: Pambıq əkini ərazilərini reallıqdan az göstərirlər