“EuroHome” bazarında yanğın: xəsarət alanlar var (yenilənir)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səhər saatlarında baş verən yanğının söndürülməsi üçün 5 briqada və 3 helikopter cəlb olunub.

Source: Specify Source

***


12.10.


“EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və 3 helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb".


Bu açıqlamanı jurnalistlərə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev verib.


Nazir müavinin sözlərinə görə, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində problem su çatışmazlığı olub:


"Yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub".


Etibar Mirzəyev yanğının ərazisinin 21 min kvadrat metr olduğunu qeyd edib. Ancaq o, yanğının baş vermə səbəblərinin hazırda araşdırıldığından bu barədə danışmayıb.

***


Hadisə yerinə 5 briqada və 3 helikopter cəlb olunub

Dekabrın 10-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səhər saatlarında baş verən yanğının söndürülməsi üçün 5 briqada və 3 helikopter cəlb olunub.

Bazar Sumqayıt-Bakı yolunun üzərində yerləşdiyindən magistral yolda sıxlıq yaranıb, hərəkət məhdudlaşdırılıb.


Səhiyyə Nazirliyi

ndən APA-ya verilən məlumatda isə bildirilir ki, hadisə yerində 6 nəfərə yardım göstərilib.

2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

fb_img_1575958633124.jpg
“EuroHome” tikinti materialları bazarında yanğın
fb_img_1575958628203.jpg
“EuroHome” tikinti materialları bazarında yanğın
Ana səhifəSosial“EuroHome” bazarında yanğın: xəsarət alanlar var (yenilənir)