Naxçıvanda seçkilərin vaxtı müəyyənləşdi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər gələn il, fevralın 9-da keçiriləcək.
Ali Məclisin sədri Vasif Talıbov dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb.
Sənəddə deyilir ki, bu qərar “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə uyğun olaraq verilib.
Azərbaycan Milli Məclisi dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və növbəti parlament seçkisi 2020-ci il fevralın 9-na təyin
olunub.