Azərbaycanlı kinematoqrafçıların filmi “BİAFF 2019” festivalında

Festivalda azərbaycanlı kinematoqrafçıların – Elmar İmanovun Almaniya və Azərbaycanda hazırladığı 92 dəqiqəlik “Fəsillərin sonu” və Hilal Baydarovun Azərbaycan və Avstriyada hazırladığı “Xurmalar böyüyəndə” adlı 118 dəqiqəlik filmi nümayiş olunur.

Source: google.az


Batumidə beynəlxalq kino festivalı keçirilir

Sentyabrın 15-dan etibarən Gürcüstanda Batumi Beynəlxalq İncəsənət Evi Film Festivalı "BİAFF 2019" http://www.biaff.org/ keçirilir. 6 gün davam edəcək beynəlxalq film festivalında qısa və uzunmetrajlı filmlər nümayiş olunacaq.

Azərbaycan, Gürcüstan, Türkiyə, Çexiya, Almaniya, Filippin, Ukrayna, Litva, Polşa, Finlandiya, Fransa, İsrail, Macarıstan, İtaliya da daxil olmaqla 30-dan çox ölkədən təxminən 40 bədii film və müxtəlif bölmələrdə 40 qısa film nümayiş etdiriləcək.

Festivalda azərbaycanlı kinematoqrafçıların – Elmar İmanovun Almaniya və Azərbaycanda hazırladığı 92 dəqiqəlik "Fəsillərin sonu" və Hilal Baydarovun Azərbaycan və Avstriyada hazırladığı "Xurmalar böyüyəndə" adlı 118 dəqiqəlik filmi nümayiş olunur.

Bundan başqa, festivala almaniyalı müəllif Veit Helmerin Almaniya və Azərbaycanda hazırladığı 90 dəqiqəlik "Bra" adlı filmi də təqdim edilib.

Ana səhifəSosialAzərbaycanlı kinematoqrafçıların filmi “BİAFF 2019” festivalında