Şri Lankada Pasxa zamanı silsilə partlayışlarda ən az 207 nəfər həlak olub

Baş verən hücum 2009-cu ildə vətəndaş müharibəsi sona çatdıqdan sonra Şri-Lankada mövcud olan nisbi sülhü yenidən təhlükəyə alıb.

Source: Foto: Reuters


Hadisə zamanı yüzlərlə insan yaralanıb

Pasxa bayramının qeyd edildiyi bazar günü Sri Lankada lüks mehmanxanalar və kilsələrdə silsilə bomba partlayışları baş verib. Hadisə zamanı ən az 207 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Baş verən faciə bütün ölkəni kilidləyib, – CNN xəbər verir.

İlk partlayış dalğası bazar ertəsi günü ölkənin azlıqda olan xristian icmasının yaşadığı Colombo, Negombo və Batticaloa şəhərlərindəki kilsələrdə Pasxa bayramı ayinlərinin keçirildiyi vaxt baş verib.

Ardınca gələn partlayışlar paytaxt Colombo şəhərində yerləşən üç yüksək səviyyəli otellər olan Shangri La, Cinnamon Grand və Kingsbury – də olub.

Colombo şəhərindəki Shangri-La otelindən verilən bəyanatda qeyd edilir ki, partlayış səhər saat 9 radələrində baş verib. Otel xarici turistlər və ölkənin biznes ictimaiyyəti ilə məşhurdur.

Yeddinci və səkkizinci partlayış, “Dehiwala-Mount Lavinia”da yerləşən Dehiwala Zoo qarşısında bir oteldə və Dematagoda Mahawila bağlarındakı bir evdə bazar günü günortadan sonra baş verib.

Şri-Lankanın iqtisadi islahatlar və ictimai paylaşım naziri Harsha de Silva “Twitter”də qeyd edib ki, baş verən partlayışda "30-a yaxın əcnəbi" öldürülüb.

“Paytaxt Kolomboda ölənlər arasında ən az 20 əcnəbi var,” – xəstəxananın baş direktoru Anil Jasinghe deyib. “Xəstəxanalar yaralılarla dolub,”- o əlavə edib.

“Silahın hücumda şübhəli bilinən yeddi nəfər həbs edilib,”- De Silva müdafiə rəsmiləriylər təşkil edilmiş fövqaladə görüşdən sonra qeyd edib. Ancaq məsuliyyəti heç bir qurum üzərinə götürməyib.

Şri Lankanın təhlükəsizlik işçiləri deyib ki, polis və təhlükəsizlik xidmətlərinin işçiləri hücum edilən ərazilərə gedərək orada olan digər kilsə və otelləri mühafizə altına alıb.

Baş verən hücum 2009-cu ildə vətəndaş müharibəsi sona çatdıqdan sonra Şri-Lankada mövcud olan nisbi sülhü yenidən təhlükəyə alıb. Terrorist hücumlar və bombalamalar 25 illik mübarizə zamanı adi hala çevrilmişdi.

Ana səhifəDünyaŞri Lankada Pasxa zamanı silsilə partlayışlarda ən az 207 nəfər həlak olub