Rusiya qoşunların Venesuelaya yeridilməsini ”təhdid” hesab etmir

Venesuelanın Moskvadakı hərbi attaşesi Xose Rafayel Torrealba Peres (Jose Rafael Torrealba Perez) 28 martda rusların hərbi əməliyyatlarda iştirak etməyəcəyini söyləyib

Source:

ABŞ hökuməti inanır ki, Rusiya qoşunlarına xüsusi qüvvələr və kibertəhlükəsizlik ekspertləri daxildir

Moskva deyir ki, rus əsgərlərinin Venesuelaya girməsi heç kimə təhdid deyil, – Azadlıq Radiosu xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiyanı Cənubi Amerika ölkəsindən qoşunlarını geri çəkməyə çağırıb və deyib ki, əks halda bunun edilməsi üçün "bütün imkanlar açıqdır".

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova martın 28-də jurnalistlərə açıqlamasında deyib: "Rusiya regionda hakimiyyət balansını dəyişmir, Rusiya Vaşinqtondan fərqli olaraq heç kimi təhdid etmir".

Zaxarova həmçinin deyib ki, "rus mütəxəssisləri" Venesuelaya hərbi əməkdaşlıq razılaşması ilə göndərilib və ölkədə "lazım olduğu müddətcə" qalacaqlar.

Bu hərəkət Venesuelanın müxalifət lideri Xuan Quaydonun (Juan Guaido) prezident Nikolas Maduronu devirmək cəhdi ilə bağlı Vaşinqton və Moskva arasında diplomatik qarşıdurmadan sonraya təsadüf edir.

ABŞ və 50-dən çox digər ölkə Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Latın Amerikası ölkəsinə milyardlarla dollar sərmayə qoyan Rusiya Maduronun müttəfiqidir.

Tramp martın 27-də Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada "Rusiya ölkədən çıxmaq məcburiyyətindədir”,- deyib.

Rus qüvvələrini Venesueladan necə çıxaracağını soruşan jurnalistlərinə Tramp, "Görəcəyik, bütün variantlar açıqdır”,- cavabını verib.

ABŞ vitse-prezidenti Mayk Pens (Mika Pence) Rusiyanın hərbi təyyarələrinin Karakasa enişini "istənməyən təxribat" adlandırıb.

ABŞ hökuməti inanır ki, Rusiya qoşunlarına xüsusi qüvvələr və kibertəhlükəsizlik ekspertləri daxildir.

Venesuelanın Moskvadakı hərbi attaşesi Xose Rafayel Torrealba Peres (Jose Rafael Torrealba Perez) 28 martda rusların hərbi əməliyyatlarda iştirak etməyəcəyini söyləyib.

O, həmçinin deyib ki, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez gələn ay Moskvaya iki ölkə arasında əməkdaşlığın bir hissəsi olaraq səfər edəcək.

Ana səhifəDünyaRusiya qoşunların Venesuelaya yeridilməsini ”təhdid” hesab etmir