Tereza Mey: Brexit sazişi təsdiq olunarsa, istefa verəcəm

Meyin Brexit uğuru əsasən DUP-dan asılıdır

Source: Sosial şəbəkə


Meyin Brexit uğuru əsasən DUP-dan asılıdır

Britaniyanın Baş naziri Tereza Mey (Theresa May) mühafizəkarlara deyib ki, əgər onlar Meyin Brexit sazişini dəstəkləyərləsə, o, Baş nazir postundan istefa verəcək, -BBC xəbər verir.

“Ölkəmiz və partiyamız üçün doğru olanı etmək üçün mən vaxtından əvvəl bu vəzifəni tərk etməyə hazıram,” – deyə Mey Torilərə deyib.

Mey deyib, o bilir ki, Tori millət vəkilləri onun Brexit danışıqlarının növbəti mərhələsinə başçılıq etməsini istəmirlər və bunun qarşısında durmayacaq.

Meyin istefa ilə bağlı çıxışına baxmayaraq, Şimali İrlandiyanın Demokratik Birlik Partiyası (DUP) deyib ki, mövqeləri dəyişməyib və sazişin əleyhinə səs verəcəklər.

Meyin Brexit uğuru əsasən DUP-dan asılıdır. O, partiyanı inandırmalıdır, lakin Brexitin baş verməsinə bir gün qalmış bunu etmək Baş nazir üçün çətin görünür.

Partiyanın 10 millət vəkili iki dəfə Brexit sazişinin əleyhinə səs verib. Millət vəkilləri bununla xəbərdarlıq ediblər ki, sazişin təsdiqlənməsi Birləşmiş Krallığın bütövlüyünə təhlükədir. Onlar Brexit sazişindəki Şimali İrlandiya kimi tanınan protokola – İrlandiya adasında Avropa Birliyi və Birləşmiş Krallıq arasında yegandə sərhəddin saxlanmasını təmin edən siyasətə qarşı çıxırlar. DUP inanır ki, bu saziş Şimali İrlandiya ilə Böyük Britaniya arasında ticarət fərqliliklərinə gətirib çıxaracaq və iki bütövlük arasında “İrlan dəniziylə sərhəd yaradacaq”.

Meyin istefa ilə bağlı çıxışından sonra DUP lideri Arlin Foster (Arlene Foster) deyib ki, Brexit sazişində Şimali İrlandiya protokolu ilə bağlı “önəmli dəyişikliklər” hələ də qeydə alınmayıb. Foster BBC-ə deyib ki, onun partiyası “Birləşmiş Krallığı təhlükəyə atacaq bir sazişi imzalamayacaq".

Ədalət Katibi Deyvid Qok (David Gauke) isə ümid edir ki, parlament Baş nazir Meyin Brexit sazişi “ətrafında birləşəcək”.

Mey istefa üçün dəqiq tarix söyləməyib. Əgər saziş təsdiq olunarsa, o, mayın 22-də partiya lideri kimi istefa verməlidir. Yeni Baş nazir seçilənə qədər isə o, postunda qalmalı olacaq.

Ana səhifəDünyaTereza Mey: Brexit sazişi təsdiq olunarsa, istefa verəcəm