Rəsmi sənədlərdən məhrum uyğurlar Türkiyədəki gələcəklərindən qayğılıdır

Uyğurların Türkiyədə yaşadıqları ən böyük problemləri yerli Çin səfirliklərində Çin pasportlarını yeniləyə bilməmələridir

Source: Meydan TV


Uyğurların Türkiyədə yaşadıqları ən böyük problemləri yerli Çin səfirliklərində Çin pasportlarını yeniləyə bilməmələridir

Türkiyədə iş və ya oturum icazəsi olmayan və Çin pasportlarını yeniləyə bilməyən Qurbancan Nurməhəmməd (Qurbanjan Nurmuhammed) və ailəsi İstanbulda qeyri-müəyyənlikdə yaşayırlar.

“Reuters” xəbər verir ki, ailə 2015-ci ildə Çində İslam əleyhinə təqiblərdən qaçaraq Türkəyəyə köçüb və üç il əvvəl təkrar Sincana qayıtmış oğulları ilə ümumiyyətlə görüşə bilmirlər. Nurməhəmməd və onun ailəsi kimi Türkiyəyə köç etmiş Uyğur ailələr az deyil.

Türkiyə yeganə müsəlman ölkəsidir ki, müntəzəm olaraq Sincanda Uyğurlara qarşı edilən təqiblərlə bağlı narahatlığını ifadə edir. Uyğurlar türk dilində danışırlar və Türkiyə türkləriyə yaxın mədəni bağlara sahibdirlər.

İstanbulda yerləşən Şərqi Türküstan Milli Mərkəzinin katibi İsmayıl Cengiz deyir ki, hazırda Türkiyədə 35.000 uyğur türkü yaşayır və Türkiyə uyğurlar üçün 1960-cı ildən etibarən təhlükəsiz ölkə olub.

Üç-dörd il əvvələ qədər uyğurların Türkiyədə heç bir problem olmasa da, Ankaranın təhlükəsizlik narahatlıqları və Pekinlə möhkəmlənən əlaqələri uyğurlara olan münasibəti dəyişib, – Şərqi Türküstan Milli Məclisinin prezidenti Seyit Tumtürk deyir. Uyğurlar Sincan üçün Türküstan adını da istifadə edilər.

Uyğurlarla bağlı fikirlər onlardan bəzilərinin Prezident Bəşər əl-Əsədə qarşı cihadçılarla birlikdə savaşmasından sonra dəyişib. Bunun əsas səbəbi Çin hökumətinin Suriya ilə yaxın əlaqələrə sahib olmasıdır, – Tumtürk “Reuters” xəbər agentliyinə bildirib.

Nurməhəmməd 2016-dan etibarən oğlun görmür və onda olan məlumatlara görə oğlu Pakzat Urumçidə hava limanında saxlanılıb. O inanır ki, Çin hökuməti onun oğlunu da ekstremist İslamçılarla əlaqədə günahlandırır. Çin hökuməti isə bu haqda münasibət bildirməyib.

Uyğurların Türkiyədə yaşadıqları ən böyük problemlərdən biri də onların yerli Çin səfirliklərində Çin pasportlarını yeniləyə bilməmələridir. Pasportlarını yeniləmək istəyən uyğurlara səfirliklərdən sadəcə Çinə qayıtmaq üçün sənəd verilir, – Şərqi Türküstan Nuzuqum Mədəniyyət və Ailə Birliyinin prezidenti, Münəvvər Özuyğur deyib.

“Reuters” xəbər agentliyinə danışan 15 uyğur Türkiyənin bu məsələyə xüsusi diqqət yetirməsini istəyiblər. Onlar Ankaradan onlara oturum və çalışma izni verilməsini istəyiblər. Bu haqlara sahib olmayan uyğurlar Türkiyədə yaşadıqları müddətdə sağlıq siğortasına sahib olmurlar.

2017-ci ildə özbək vətəndaşı olaraq bilinən silahlının yeni il ərəfəsində İstanbulun gecə klubunda 39 adamı öldürdükdən sonra Türkiyənin ölkəyə gələn Orta Asiya vətəndaşlarıyla bağlı daha ehtiyatlı addımlar atdığı bildirilir. Cengiz deyir ki, bu səbəbdən bəzi uyğurlar Çinə qaytarılacağından ehtiyat edirlər. Bəzi uyğurlar isə keçən ay Türkiyənin Birləşmiş Millətlərin İnsan Haqları Şurasında Çinə qarşı sərt çıxışından sonra hələ də ümidlidirlər. Xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışı zamanı Pekinin uyğurlara qarşı təzyiqini tənqid edərək Çin hökumətini dini azadlıqları təmin etməyə çağırmışdı.

Ana səhifəDünyaRəsmi sənədlərdən məhrum uyğurlar Türkiyədəki gələcəklərindən qayğılıdır