Saxta xəbərləri qadağan edən qanun layihəsi təsdiq üçün Putinə gedir

Qanun layihəsinin Putin tərəfindən imzalanacağı gözlənilir

Source:


Qanun layihəsinin Putin tərəfindən imzalanacağı gözlənilir

Rusiya hakimiyyət orqanlarına veb saytları bloklamaq, "saxta xəbərlər" və ya ictimaiyyətə təhqir hesab edilən digər materiallara görə cəzalandırmaq üçün imkan verən qanun layihəsi təsdiqlənmək üçün Prezident Vladimir Putinə gedib.

Putinin özünün məşvərətçi insan hüquqları şurasına görə bu qanun layihəsi ifadə azadlığını məhdudlaşdırmayacaq. Qanun layihəsi 13 mart tarixində 149-3 səs çoxluğuyla parlamentin yuxarı palatası olan Federasiya Şurasında təsdiq edilib.

Qanun layihəsi hakimiyyətə "saxta xəbərlər" dərc edən və dövlət məmurlarını, dövlət rəmzlərini və ya rus cəmiyyətini təhqir edən materiallar yerləşdirən veb saytlarını və internet hesablarını bloklamağa və ya cərimələməyə imkan verəcək.

Qanun layihəsinin Putin tərəfindən imzalanacağı gözlənilir. Tənqidçilər qeyd edirlər ki, bu qanun Kremlin İnternet üzərində nəzarətin gücləndirilməsi və müxalifəti boğma səyinin bir hissəsidir.

Federasiya Şurası və Dövlət Duması martın 7-də qanun layihəsinə razılıq veriblər. Hər iki qurumda hakim Birləşmiş Rusiya partiyası üstünlük təşkil edir.

Martın 11-də Rusiya Prezidentinin Vətəndaş Cəmiyyəti və İnsan Hüquqlarının İnkişafı Şurası parlamentin yuxarı palatasını qanun layihələrini yenidən işləmək üçün Dumaya göndərməsini məsləhət görüb.

Prezident Şurası İnsan Hüquqları üzrə Avropa Konvensiyasını sitat gətirərək bu qanun layihələrinin ifadə azadlığını məhdudlaşdırmayacağını qeyd edib.

"Saxta xəbər" qanun layihəsi prokuror və onun müavinlərinə məhkəmə qərarı olmadan saxta xəbərləri müəyyənləşdirməyə imkan verəcək, bundan sonra dövlət mediası və kommunikasiya nəzarətçisi Roskomnadzor sayt və ya hesabları bloklayacaq.

Qanun layihəsi "saxta xəbər"ləri yayınlayacaqları təqdirdə fərdi şəxslərə 100 min rubl (1525 dollar), ictimai vəzifəli şəxslər üçün 200 min rubl, şirkətlər üçün isə 500 min rubl məbləğində cərimə təyin edəcək.

"Saxta xəbər" qanununda deyilir ki, Roskomnadzor ilə rəsmi olaraq qeydiyyatdan keçən media qurumlarına saxta xəbər olaraq müəyyənləşdirilmiş xəbərləri saytlarından çıxarmaq üçün vaxt veriləcək. Vaxtında silinməyən xəbərlərə görə saytlar sonradan bloklanacaq.

Roskomnadzorda qeydiyyatdan keçməyən mətbuat orqanları izə xəbərdarlıq edilmədən bloklanacaq.

Ana səhifəDünyaSaxta xəbərləri qadağan edən qanun layihəsi təsdiq üçün Putinə gedir